Expressbank vakansiya: Korporativ hüquq şöbəsinin hüquqşünası.
Korporativ hüquq şöbəsinin hüquqşünası vakansiyası Expressbank ASC-də. Müqavilələrin ekspertizası, bank hüququ və mülki qanunvericilik üzrə təcrübəli hüquqşünas axtarılır.
Vəzifə öhdəlikləri:
- Kredit, ipoteka və zaminlik müqavilələrinin hüquqi ekspertizası;
- Bankın bağladığı digər mülki-hüquqi müqavilələrin ekspertizası;
- Bankın fəaliyyəti ilə bağlı hüquqi rəylərin hazırlanması və təqdim edilməsi;
- Notariat ofislərində və müvafiq dövlət orqanlarında Bankı təmsil etmək;
- Bankın daxili normativ sənədlərinin, mülki hüquqi müqavilələrin və digər hüquqi sənədlərin hazırlanmasında iştirak etmək.
Tələblər:
- Hüquq ixtisası üzrə ali təhsil;
- Azərbaycan dili mükəmməl, rus və ingilis dillərini bilmək üstünlükdür;
- Analitik düşüncə və təhlil etmə qabiliyyəti;
- Korporativ və bank hüququ, mülki qanunvericilik üzrə biliklər (müqavilələr, kredit, borc, girov, ipoteka, əşya, vərəsəlik hüququ);
- Müvafiq sahədə minimum 2 il təcrübə;
- Microsoft Office proqramlarını bilmək.
İmtiyazlar:
- Tibbi sığorta;
- Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
- Professional və maddi inkişaf perspektivləri;
- Peşəkar korporativ mühitdə işləmək imkanı.
Son müraciət tarixi: 1 noyabr 2024
İş növü: Tam ştat
Kateqoriya: Hüquq
Korporativ hüquq şöbəsinin hüquqşünası vakansiyası ilə maraqlananlar CV-lərini ExpressBank-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 1 noyabr 2024 il.
What's Your Reaction?