Aztelekom vakansiya: Kibertəhlükəsizlik sistemləri üzrə mütəxəssis.
Kibertəhlükəsizlik sistemləri üzrə mütəxəssis axtarılır! Aztelekom MMC-də kariyeranızı inkişaf etdirin. İnformasiya təhlükəsizliyi, insidentlərin araşdırılması və müasir alətlərdən istifadə imkanları ilə dolu bir iş mühiti sizi gözləyir. Müraciət edin!
Təsvir:
- Kibertəhlükəsizlik insident və təhdidlərinin araşdırılması.
- İnsidentlərin aşkar edilməsi və qarşısının alınması.
- Fərqli mənbələrdən gələn məlumatların analiz edilməsi.
- L1 mütəxəssislərin aşkarladığı şübhəli hadisələrin təhlili və araşdırılması.
- İnsidentlərin prioritetinin müəyyənləşdirilməsi.
- Təhlükəsizlik əməliyyatları mərkəzində istifadə edilən informasiya təhlükəsizliyi alətlərinin effektivliyinin artırılması (policy tuning, rule tuning, correlation, normalization və s.).
- SIEM, Firewall, EDR/XDR, WAF, SOAR və digər alətlər vasitəsilə informasiya təhlükəsizliyinin təşkili.
- Kibertəhlükəsizlik insidentləri üçün playbookların və runbookların yazılması, nəzərdən keçirilməsi və təkmilləşdirilməsi.
- Kiberhücumlardan və icazəsiz girişdən qorunmaq üçün vasitə və həllərin tətbiqi və nəzarətinin həyata keçirilməsi.
- CTI məlumatlarının araşdırılması və yeni təhdidlərə qarşı tədbirlərin planlaşdırılması.
- Təhdidlərin və hadisələrin, konfiqurasiya səhvləri və boşluqların araşdırılması, sənədləşdirilməsi və hesabatların hazırlanması.
- Yaranan insidentlərin hesabatlarının yaradılması.
Tələblər:
- Ali təhsil (İnformasiya Texnologiyaları, Kiber Təhlükəsizlik, Tətbiqi Riyaziyyat, Kibernetika və ya Kompüter Elmləri). Magistr dərəcəsinə üstünlük verilir.
- İnformasiya təhlükəsizliyi sistemləri ilə iş təcrübəsi (SIEM, XDR, WAF, DLP, Firewall).
- Şəbəkə, ƏS, tətbiqlər və verilənlər bazalarının təhlükəsizlik prinsipləri, protokolları və texnologiyaları üzrə biliklər.
- İnfrastruktur servislərinin (AD, DNS, DHCP, virtualizasiya və s.) iş prinsipləri və təhlükəsizliyi üzrə biliklər.
- Logların idarə edilməsi, təhlili və təhlükəsizlik insidentlərinin nəzərdən keçirilməsi təcrübəsi.
- SIEM həlləri ilə təcrübə.
- Şəbəkə protokolları və cihazları haqqında güclü bilik və anlayış.
- Analitik düşüncəyə sahib olma.
- Informasiya təhlükəsizliyi sahəsində minimum 3 il təcrübə.
- CEH, CRTO, CySa+, CompTIA Security+, eCHTP və ya buna bənzər sertifikatlar üstünlükdür.
Vakansiya haqqında:
- Son tarix: Noyabr 10, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Elm, Texnologiya və Mühəndislik
What's Your Reaction?