Paşa Malls vakansiya: İcarə üzrə assistent.
Pasha Malls-da İcarə üzrə Asistent vakansiyası mövcuddur. İcarə müqavilələrinin hazırlanması və idarə edilməsi, sənəd çatdırılması, və görüşlərin təşkil edilməsi kimi vəzifələri yerinə yetirəcək təcrübəli namizədləri axtarırıq.
Vəzifələr:
- İcarə müqavilələrini, əlavələri, protokolları və digər hüquq sənədlərini hazırlamaq və idarə etmək.
- Müqavilələrin imzalanma prosesini idarə etmək.
- İcarəçilərlə görüşləri təşkil etmək.
- İcarəçilər və digər təşkilatlar arasında sənəd çatdırılmasını təmin etmək.
- Ticarət mərkəzlərinə və sahələrə ziyarət etmək.
- Gündəlik işlərdə İcarə komandasına dəstək olmaq.
Tələblər:
- Biznes İdarəetməsi, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi.
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi.
- Azərbaycan və ingilis dillərində yaxşı bilik səviyyəsi.
- MS Office proqramlarında (Word, PowerPoint, Visio, Excel, Outlook) işləmək bacarığı.
- Detallara diqqət və yaxşı ünsiyyət bacarığı.
İcarə üzrə assistent vakansiyası ilə maraqlananlar CV-lərini Paşa Mallsa göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 20 sentyabr 2024 il.
What's Your Reaction?