Bank Respublika vakansiya: Biznesə dəstək şöbəsinin analitiki.

Bank Respublika ASC-nin biznesə dəstək şöbəsinin analitiki vakansiyası. Proseslərin təhlili və təkmilləşdirilməsi, kredit komitəsinin qərarlarının icrasına nəzarət, məlumat bazası üzrə hesabatların hazırlanması və analitik düşüncə tələb olunur.

Sep 5, 2024 - 14:50
Sep 5, 2024 - 14:57
 0
Bank Respublika vakansiya: Biznesə dəstək şöbəsinin analitiki.
Bank Respublika vakansiya: Biznesə dəstək şöbəsinin analitiki.

Ümumi vəzifə öhdəlikləri:

  • Departament daxili proseslərin izlənməsi, təhlili və təkmilləşdirilməsi üçün analitik metodların tətbiqi;
  • Kredit komitəsi tərəfindən qəbul edilmiş xüsusi şərtlərin icrasına nəzarət;
  • Komitə qərarlarına əsasən şərtlər toplusunun toplanılması və işlənilməsi;
  • Süni intellekt əsaslı məlumatlandırma və xəbərdarlıq sisteminin işlənilməsi;
  • Məlumat bazası üzrə periodik hesabatların hazırlanması;
  • Texniki tapşırıqların yazılması;
  • Proseslərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
  • Əməkdaşların fəaliyyət göstəricilərinin təhlil edilməsi.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və ya tətbiqi riyaziyyat üzrə);
  • Müvafiq sahə üzrə ən azı 1 illik iş təcrübəsi;
  • Bank və maliyyə sektorunda təcrübəyə üstünlük veriləcək;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili və ya İngilis dili (orta səviyyədə);
  • Microsoft Office proqramları, xüsusilə Excel bilikləri mütləqdir;
  • İri həcmli məlumat bazaları ilə işləmək bacarığı;
  • Analitik düşüncə və təhliletmə bacarığı;
  • Fikrini dəqiq və dolğun təqdimetmə bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Məsuliyyət və detallara diqqət.

Biznesə dəstək şöbəsinin analitiki vakansiyası ilə maraqlananlar CV-lərini Bank Respublikaya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 18 sentyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow