Kontakt Home vakansiya: İT dəstək üzrə mühəndis.
İT dəstək üzrə mühəndis vəzifəsi üçün Kontakt Home şirkətinə müraciət edin! Bakı şəhərində tam ştatla iş imkanı. İT sahəsində 3 il iş təcrübəsi olan, analitik düşüncə və problem həll etmə bacarığına malik mütəxəssisləri gözləyirik.
İT dəstək üzrə mühəndis vəzifəsinə namizəd olaraq sizdən gözlədiyimiz əsas məsuliyyətlər aşağıdakılardır:
- Daxil olan sorğuların vaxtında və düzgün şəkildə həll edilməsi;
- İstifadəçi komputerlərində və İT avadanlıqlarında baş verən problemlərin müəyyən edilməsi və dərhal aradan qaldırılması;
- Yeni işçilər üçün iş mühitinin yaradılması və lazımı işlərin görülməsi;
- Əməliyyat sistemlərinin və istifadəçi məlumatlarının ehtiyat nüsxələrinin çıxarılması və lazım gəldikdə bərpa edilməsi;
- Sistem səhvlərinin diagnostikasının aparılması və səhvliklərin aradan qaldırılması;
- İstifadəçilərin korporativ domain şəbəkəsinə qoşulması, IP telefonların konfigurasiya edilməsi, elektron poçtun ayarlanması, printer və scanner qurğularının əlavə olunması kimi işlərin həyata keçirilməsi;
- Lazım gəldikdə, masa üstü komputer və notebook avadanlıqlarının detallarının yenilənməsi.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Tələblər:
- Ali təhsil (İT sahəsi üzrə təhsil arzuolunandır);
- İT sahəsində azı 3 il iş təcrübəsi;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Detallara və nəticəyə yönümlü olmaq;
- Komandada işləmək və ünsiyyət bacarıqları;
- Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı (rus və ingilis dili biliyi üstünlükdür);
- Windows Client / macOS əməliyyat sistemləri üzrə dərin biliklər;
- Active Directory, Group Policy, Microsoft Exchange üzrə baza bilikləri;
- TCP/IP, DNS, DHCP, LAN, VLAN, WLAN və VPN protokollarının işləmə prinsiplərini bilmək;
- Müxtəlif növ Backup proqram təminatları ilə iş təcrübəsi (Acronis, Veeam, Norton və s.);
- AP, Router, Network Printer, Scanner və digər avadanlıqların sazlanması.
İT dəstək üzrə mühəndis vakansiyası ilə maraqlananlar CV-lərini Kontakt Home göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 29 sentyabr 2024 il.
What's Your Reaction?