Kontakt Home vakansiya: Məhsul üzrə kiçik mütəxəssis - Olivia (Beauty & Care).
Kontakt Home şirkəti, Binəqədidə "Məhsul üzrə kiçik mütəxəssis" vakansiyası üçün mütəxəssis axtarır. Bu vəzifə, analitik düşünmə bacarıqları, bazar araşdırmaları və müştəri məmnuniyyətini artırmağı tələb edir. Kosmetika sahəsində təcrübə arzu olunandır.
Vəzifələr:
- Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması.
- Rəqiblərin fəaliyyətlərinin və qiymətlərinin daim araşdırılması.
- Qısamüddətli və uzunmüddətli məhsul satış proqnozlarının və xüsusi hesabat və təhlillərin hazırlanması.
- Yeni satış imkanlarının daim araşdırılması.
- Məhsul portfeli ilə bağlı analitik hesabatların hazırlanması.
- Təchizatçıların hesab-fakturalarının məqbulluğunun təsdiq edilməsi.
- Məhsul üzrə menecerlərə gündəlik işlərdə kömək etmək.
- Məhsul üzrə menecerin təsdiqindən sonra sifarişlərin verilməsi və qiymətlərinin daim araşdırılması.
Tələblər:
- Ali təhsil.
- Aidiyyatı sahə, satınalma və maliyyə sahəsindən minimum 1 il iş təcrübəsi.
- Kosmetika və özünə baxım sahələrində təcrübə arzolunandır.
- Azərbaycan dili biliyi səlis, rus dili bilgisi və ya ingilis dili bilgisi əla (həm yazı, həm şifahi).
- Analitik düşünmə və riyazi hesablama bacarıqları yüksək.
- Yüksək səviyyədə ünsiyyət, təqdimat və komanda ilə işləmək bacarığı.
- Böyük həcmdə məlumatların təhlilində və proqnozların verilməsində təcrübə.
- Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excel, Outlook), 1C proqramı üzrə ümumi biliklər.
İş Şəraiti:
- İş grafiki: I-V günlər
- İş saatı: 9:00- 18:00
Məhsul üzrə kiçik mütəxəssis - Olivia (Beauty & Care) vakansiyası ilə maraqlananlar CV-lərini Kontakt Home göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 13 oktyabr 2024 il.
What's Your Reaction?