Yelobank vakansiya: Data elmi üzrə baş mütəxəssis (Senior Data Scientist).

Yelo Bank ASC, data elmi üzrə baş mütəxəssis (senior data scientist) vakansiyası üçün mütəxəssis axtarır. Riyaziyyat, statistika, "machine learning" və məlumatların vizuallaşdırılması sahələrində biliklərinizi tətbiq edin.

Sep 20, 2024 - 11:37
Sep 20, 2024 - 11:41
 0
Yelobank vakansiya: Data elmi üzrə baş mütəxəssis (Senior Data Scientist).
Yelobank vakansiya: Data elmi üzrə baş mütəxəssis (Senior Data Scientist).

Təsvir

Yelo Bank ASC, data elmi üzrə baş mütəxəssis (senior data scientist) olaraq, aşağıdakı vəzifələri icra etməyinizi gözləyir:

  • Biznes hədəflərini təkmilləşdirmək üçün statistik modellərin (təsnifat modeli və s.) qurulması və optimallaşdırılması.
  • Riyaziyyat, statistika, kompüter elmləri, "machine learning" və məlumatların vizuallaşdırılması kimi tətbiq üsulları vasitəsilə məlumatların təhlil edilməsi.
  • Trendlərdən və nümunələrdən fərdi modellər yaradaraq məlumat əsasında qərar qəbul edilməsinə dəstək olmaq.
  • Şirkətin verilənlər bazasından böyük həcmdə məlumatların təhlili ilə məhsulun inkişafı və biznes strategiyalarının optimallaşdırılması.
  • Modelləşdirmə nəticələrini aydın və ardıcıl şəkildə təqdim etmək.

Tələblər

Namizədin aşağıdakı tələblərə cavab verməsi gözlənilir:

  • Ali təhsil.
  • Alqoritmləri və məlumat strukturunu yaxşı başa düşmək.
  • Python ilə iş təcrübəsi.
  • SQL biliyi böyük üstünlükdür.
  • Qabaqcıl statistik üsullar və konsepsiyalar (reqressiya, təsnifat, paylanma xüsusiyyətləri, statistik testlər və s.) sahəsində bilik və təcrübə.
  • Statistik anlayışları real tətbiq etmək təcrübəsi.
  • Məlumatların vizuallaşdırılması vasitələrindən (Power BI, Tableau və s.) istifadə etmək bacarığı.
  • Komandalararası əməkdaşlığı təşviq etmək üçün yaxşı ünsiyyət bacarıqları.
  • Data elm sahəsini və onun biznesə tətbiqini öyrənmək həvəsi.

Biz Sizə Nə Təklif Edirik

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək və inkişaf etdirmək üçün rahat iş şəraiti.
  • Tibbi sığorta proqramına qoşulma imkanı.
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Vakansiya Haqqında

  • Son tarix: Oktyabr 19, 2024
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə

Elektron poçtunuzun “mövzu” yerinə “Data elmi üzrə baş mütəxəssis (Senior Data Scientist)” qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. Son müraciyət tarixi 19 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow