Paşa Bank vakansiya: Məlumat memarı axtarılır.
Paşa Bank, Data Architect vəzifəsi üçün mütəxəssis axtarır. Bu vakansiya, data arxitekturası üzrə yeni texnologiyaların tətbiqi və beynəlxalq standartlara uyğunluğunu təmin etmək məqsədini güdür.
Təsvir:
- Bankda data sahəsi üzrə müəyyən edilmiş yanaşmalara və təsdiq edilmiş siyasətlərə uyğunluğunu təmin etmək.
- Data istiqamətində yeni texnologiyaların, yanaşmaların araşdırılması, tətbiqi və davamlı yenilənməsinin təmin edilməsi.
- Funksiyaya daxil olan sorğuları təhlil etmək, sorğu göndərən tərəflərlə əlaqə yaradaraq lazımi məlumatları əldə etmək və müvafiq proseslərə uyğun icrasını təmin etmək.
- Müvafiq hesabatların hazırlanması və təhlil nəticələrinin əlaqəli tərəflərlə məlumatı çatdırmaq.
- Qəbul olunmuş proyektlərin və yaradılan yeni məhsulların data istiqamətinə aid olan hissələrdə konsultasiya verilməsi, layihənin uğurlu bitməsi üçün lazımı addımların atılması.
- Məlumat mübadiləsi üçün sistemlər arası integrasiyaların data arxitektura dizaynını hazırlamaq və tətbiqinə nəzarət etmək.
Tələblər:
- Təhsil: İnformasiya texnologiyaları, Kompyuter elmləri və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi.
- Xarici dil: İngilis dili, Rus dili (arzuolunan).
- Kompüter bilikləri: Microsoft Office, Visio, Archimate.
- Metodologiya/yanaşmalar üzrə biliklər: İT İdarəetmə üzrə standart və yanaşmalar, Agile methodology.
- Yüksək həcmdə məlumatların emal olunması və saxlanılması üçün nəzərdə tutulan sistemlərin dizaynı, integrasiya və yaradılma təcrübəsi.
- DWH, Data Lake, Data Lakehouse tipli sistemlərin yaradılması və istismarı üzrə təcrübə.
- Məlumat Modelinin Yaradılması və Dizaynı.
- Müxtəlif məlumat formatları ilə iş təcrübəsi (Avro, Parquet, Protobuf, ORC).
- OLTP / OLAP / ETL / ELT proseslər ilə iş təcrübəsi.
- RDBMS, NoSQL tipli məlumat bazaları ilə iş təcrübəsi.
- Bulud texnologiyaları ilə iş təcrübəsi (AWS, Google Cloud, Azure).
- Digər: Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları, iş yoldaşları ilə effektiv işgüzar münasibət yaratmaq bacarığı.
Məlumat memarı vakansiyası ilə maraqlananlar CV-lərini Paşa Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 28 oktyabr 2024 il.
What's Your Reaction?