Rabitəbank vakansiya: Bank Sistemlərinin təhlükəsizliyi üzrə Aparıcı mütəxəssis.
“Rabitəbank” ASC, Bank Sistemlərinin təhlükəsizliyi üzrə Aparıcı mütəxəssis axtarır. Ali təhsilli, informasiya təhlükəsizliyi sahəsində təcrübəli mütəxəssislər üçün ideal bir karyera imkanı.
Vəzifə Öhdəlikləri:
- Endpoint security (antivirus, device control, application control və EDR) həllinin idarə edilməsi.
- E-mail security həllinin idarə edilməsi.
- DLP həllinin idarə edilməsi.
- SIEM həllinin idarə edilməsi.
- Mövcud servislərin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi.
- İnformasiya resurslarına giriş hüquqlarının təmin edilməsinə və onların istifadəsinə nəzarət.
- Yeni qurulacaq sistemlərin POC mərhələsinin həyata keçirilməsi.
Tələblər:
- Ali təhsil.
- İnformasiya təhlükəsizliyi sahəsində 1 ildən az olmayan iş təcrübəsi.
- Azərbaycan, Rus və İngilis (texniki) dillərini yaxşı səviyyədə bilmək.
- Endpoint Security və Embedded Systems Security üzrə biliklər.
- Active Directory, DNS, WSUS, DHCP, GPO üzrə biliklərə sahib.
- DLP, SIEM, IDS/IPS, E-mail Security, Web Application Firewall (F5, Imperva) üzrə biliklər.
- Verilənlər bazası, web servislər və kod təhlükəsizliyi üzrə təməl biliklərin olması.
- Şəbəkə təhlükəsizliyi üzrə biliklərin olması.
- İT İnfrastrukturu üzrə monitorinqdən toplanan təhlükəsizlik loqlarının emalı və nəticə üzrə işin panlanmasını təmin etmək.
- Linux ƏS üzrə biliklər.
- Təhlükəsizlik təhdidləri və riskləri barədə məlumatlı olması.
- Məsuliyyətlilik, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı.
- Ünsiyyətqurma və komandada işləmək bacarığı.
Vakansiya Haqqında:
- Son tarix: Noyabr 3, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Elm, Texnologiya və Mühəndislik
Bank Sistemlərinin təhlükəsizliyi üzrə Aparıcı mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Rabitəbanka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciət tarixi: Noyabr 3, 2024
What's Your Reaction?