Unibank vakansiya: Biznes Proseslərinin İdarə edilməsi funksiyasının Prosses koordinatoru.

Unibank Kommersiya Bankı, biznes proseslərinin idarə edilməsi üçün Proses Koordinatoru vakansiyası təqdim edir. Biznes prosesləri, analiz, risk idarəetməsi və optimallaşdırma sahələrində geniş təcrübəyə malik mütəxəssis axtarılır.

Oct 11, 2024 - 11:27
Oct 11, 2024 - 11:30
 0
Unibank vakansiya: Biznes Proseslərinin İdarə edilməsi funksiyasının Prosses koordinatoru.
Unibank vakansiya: Biznes Proseslərinin İdarə edilməsi funksiyasının Prosses koordinatoru.

Təsvir

  • Bankda aparılan biznes və ona dəstək proseslərin (Baş ofis və filiallar üzrə) analizini aparmaq və riskləri müəyyən etmək.
  • Proseslərin mövcud xəritəsini yaratmaq (process mapping) və müntəzəm yeniləmək.
  • Proseslərin mövcud (As İs) modelini qiymətləndirmək, təsvir etmək, və gələcək (To Be) model üzrə təkliflər vermək.
  • Proseslərin mövcud modeli üzrə xronometraj aparmaq.
  • BPU (Business Process Universe) faylını daim yeniləmək.
  • Proseslərin optimallaşdırılması üzrə təkliflər vermək, aidiyyatı departamentlərlə birgə razılaşdıraraq implementasiya etmək.
  • Proseslərin effektiv idarə edilməsi üzrə müxtəlif növ analizlər aparmaq, təkliflər vermək.
  • Proseslərin idarə edilməsi üzrə Bank səviyyəsində ümumi (makro) görüntüyə sahib olmaq.
  • Biznes proseslərin biznes sahibi və iştirakçıları ilə birlikdə GAP analizini aparmaq.
  • Biznes proseslərində məsuliyyətin bölüşdürülməsi matrisinin təhlili.
  • Strukturu modelləşdirilmiş biznes proseslərinin və funksiyaların effektivliyini qiymətləndirmək üçün meyarlar hazırlanması.
  • Biznes proseslərinin optimallaşdırılması üçün yeni texnologiyaların tətbiqi ilə bağlı təkliflər vermək.
  • Proseslərin idarə edilməsi və optimallaşdırılması üzrə metodoloji bazanın yaradılması və daim yenilənməsi.
  • Strategiya və İnkişaf Departamentinin Rəhbəri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər

  • Tam ali təhsil.
  • Bank sahəsində 3 ildən az olmayan təcrübə (Əməliyyat riskləri, Daxili Audit, Daxili Nəzarət və proseslərin idarəedilməsi sahəsində təcrübələrə üstünlük veriləcək).
  • Güclü biznes analiz etmək bacarığı.
  • Bir neçə layihə və vəzifəni eyni anda detallı şəkildə işləmək və əlaqələndirmək bacarığı.
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı (Excel, MS Project, Vision).
  • Güclü araşdırma qabiliyyəti (xarici təcrübə, best practice-lərin tətbiqi).
  • Müştəri yönümlülük.
  • Yüksək kommunikasiya, təşkilati və icraçı bacarıqları, dürüstlük, öyrənmək və başqalarını öyrətmək bacarığı.

Son tarix: Noyabr 19, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Digər

https://jobs.glorri.az/vacancies/unibank/unibank-biznes-proseslerinin-idare-edilmesi-funksiyasinin-prosses-koordinatoru-5571/apply müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow