Yelobank vakansiya: Proseslərin avtomatlaşdırılması üzrə baş mütəxəssis.
Yelo Bank ASC, proseslərin avtomatlaşdırılması üzrə baş mütəxəssis axtarır. Vakansiyada bank sahəsində təcrübəli, analitik düşüncə qabiliyyətinə sahib mütəxəssis axtarılır. Biznes proseslərin analizi, təkmilləşdirilməsi və rəqəmsallaşdırılması üzrə yeni imkanlar təqdim edən bu mövqe barədə məlumat alın.
Vəzifə və Məsuliyyətlər:
Baş mütəxəssis olaraq, aşağıdakı vəzifələri yerinə yetirəcəksiniz:
- Biznes proseslərinin təhlili və optimallaşdırılması üçün müvafiq struktur bölmələr və digər maraqlı tərəflərlə görüşlər keçirərək məlumatların əldə edilməsi.
- Mövcud problemlərin və risklərin təhlili, həmçinin təkmilləşdirmə imkanlarının müəyyən edilməsi və təkliflərin hazırlanması.
- Biznes proseslərinin mövcud (as-is) və arzu olunan (to-be) vəziyyətlərini sənədləşdirmək üçün proses xəritələri, blok-sxemlər, axış diaqramları və digər zəruri sənədlərin hazırlanması.
- Proseslərin monitorinqini həyata keçirərək, problemlərin və onların səbəblərinin müəyyənləşdirilməsi, düzgün tədbirlərin görülməsi.
- Proqram təminatının daxili proqramlaşdırma qrupu və ya kənar təchizatçılar tərəfindən hazırlanması ilə bağlı işlərin izlənilməsi və testlərin nəticələrinə əsasən dəyişikliklərin həyata keçirilməsi.
- Biznes proseslərini tənzimləyən daxili normativ sənədlərin hazırlanması və yenilənməsi.
- Birbaşa rəhbərinizin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, həmçinin mütəmadi olaraq hesabatların təqdim edilməsi.
Tələblər:
Vacib biliklər və bacarıqlar:
- Ali təhsil;
- Bank sahəsində (bütün ön ofis əməliyyatları) minimum 2 il iş təcrübəsi;
- Azərbaycan və Rus dillərində şifahi və yazılı ünsiyyət bacarığı;
- Biznes proseslərin idarə olunması, təhlili və yenidən layihələndirilməsi bacarığı;
- Güclü analitik düşünmə və problemləri həll etmə qabiliyyəti;
- Dəyişikliyə açıq olmaq və dəyişiklikləri idarə edə bilmək bacarığı;
- Qərar qəbul etmək və məsuliyyət götürmək qabiliyyəti;
- Planlama və təşkilatçılıq qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Kommunikasiya bacarıqları və konfliktləri idarə edə bilmə qabiliyyəti.
Arzuolunan biliklər və bacarıqlar:
- İngilis dili biliyi;
- MS Office (Word, Excel, PowerPoint) proqramlarından istifadə bacarığı (MS Visio proqramından istifadə bacarığının olması üstünlükdür);
- Axış diaqramları və blok sxemlərin tərtib edilməsi bacarığı (BPMN biliklərinin olması üstünlükdür).
Səriştələr:
- Məsuliyyətli və şəxsi inkişafa meylli;
- Pozitiv düşüncə tərzi və özünütəşkil etmə qabiliyyəti;
- Vaxtın idarə olunması bacarığı və nəticəyə əsaslanma;
- Etibarlılıq və dürüstlük.
Vakansiya haqqında ətraflı məlumat:
- Vakansiya növü: Tam ştat;
- Şəhər: Bakı, Zərdabi 81k, Azərbaycan;
- Son müraciət tarixi: Dekabr 25, 2024.
Elektron poçtunuzun “mövzu” yerinə “Proseslərin avtomatlaşdırılması üzrə baş mütəxəssis” qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. Son müraciyət tarixi 25 dekabr 2024 il.
What's Your Reaction?